...

Azərbaycan torpaqlarında qeyri-qanuni erməni silahlı birləşmələrinin olması məsələsi effektiv şəkildə həll edildi - Elçin Əmirbəyov

Siyasət Materials 20 Sentyabr 2023 17:36 (UTC +04:00)
Azərbaycan torpaqlarında qeyri-qanuni erməni silahlı birləşmələrinin olması məsələsi effektiv şəkildə həll edildi - Elçin Əmirbəyov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan torpaqlarında qeyri-qanuni erməni silahlı birləşmələrinin olması məsələsi effektiv şəkildə həll edildi.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

"Bu məsələlər dəfələrlə beynəlxalq platformalarda qaldırılıb.Əfsus ki, konkret tədbirlər görmədik. Hər zaman olduğu kimi, Azərbaycan, əslində, məsələni özü həll etməyə məcbur oldu", - deyə E.Əmirbəyov qeyd edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti