Bakı. Trend:
Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının çıxışı zamanı deyib.