...

Qarabağ erməniləri Bakı ilə danışıqları ləngitməsə, sülh prosesi daha sürətlə irəliləyəcək - Keçmiş səfir

Siyasət Materials 22 Sentyabr 2023 11:54 (UTC +04:00)
Qarabağ erməniləri Bakı ilə danışıqları ləngitməsə, sülh prosesi daha sürətlə irəliləyəcək - Keçmiş səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ erməniləri Bakı ilə danışıqları ləngitməsə, Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar daha sürətlə irəliləyəcək.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp özünün "X" (Tvitter) səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan özünün əsas hədəfinə, yəni Ermənistanın qanunsuz silahlı qüvvələrinin özünün suveren ərazisindən çıxarılmasına nail olub və artıq ölkə Qarabağ sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı öz iradəsini nümayiş etdirə bilər.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Görüşün yekunlarına görə, onların xahişi müsbət qarşılanıb. Xüsusən, yaxın zamanda bağça və məktəblərin istilik sistemləri ilə təchiz olunması, eləcə də təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin təmin olunması planlaşdırılır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Yaxın zamanda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti