...

Qərb demokratiyası tənəzzül edir - İslamofobiya artır, miqrantlara münasibət daha da pisləşir

Siyasət Materials 24 Sentyabr 2023 15:00 (UTC +04:00)
Qərb demokratiyası tənəzzül edir - İslamofobiya artır, miqrantlara münasibət daha da pisləşir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son illər Avropa İttifaqı ölkələrində islamofobiya meyilləri sürətlə artmaqdadır.

Wilfrid Laurier Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin qeyd edir ki, artıq hicab geyinən qadınlar arzuolunmaz vətəndaş kimi qələmə verilir. Qadın azadlıqları multikulturalizm siyasətinə qurban verilir. Müsəlman qadınlar sanki Qərb üçün təhlükə sayılır.

Qərb ölkələri tərəfindən beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyalar artmaqdadır. Bir sıra qərb dövlətləri İslamofobiyanı az qala dövlət siyasətinə çevirib.

Avropanın aparıcı ölkələrindən Fransadakı müsəlmanların səbr kasası daşmaq üzrədir. Səbəb ölkədə islamofobiyanı dözülməz, pik həddə çatmasıdır.

İrqçilik və islamofobiya artıq Qərbdə dövlət səviyyəsində müşahidə olunur.

Avropa İttifaqının bir sıra ölkələrində olduğu kimi, Fransada da islamofobiya, irqçilik və ksenofobiya artıq ölkədəki bütün dini icmaların problemlərinə çevrilib.

Vəziyyət çox ciddidir: beynəlxalq təşkilatların son hesabatlarına görə, əgər Avropa İttifaqı ölkələrində dini və irqi zəmində ayrı-seçkilik həddi 47 faizə çatıbsa, Fransada bu rəqəm 54,2 faizə bərabərdir.

Fransada media və sosial şəbəkələr müsəlmanlara qarşı nifrət açıqlamaları ilə doludur.

Qərb dövlətlərinin müstəmləkəçi keçmişi onların əsl mahiyyətindən uzaqlaşmağa imkan vermir. Hər nə qədər özlərini demokratiya carçısı kimi bütün dünyaya təqdim etməyə çalışsalar da reallıqlar göz önündədir. Artıq dünya inkişaf əvəzinə sanki geri gedir, ali dəyərlər tapdalanır, dini, iqri ayrıseçkiliklər sürətlə artmaqdadır.

Təssüf ki, Qərb dövlətlərində terrorizm İslamla eyniləşdirilir və Qərb mediası bu alət vasitəsilə maksimum İslamı ləkələməyə, onu gözdən salmağa, müsəlmanları ən təhlükəli şəxs kimi göstərməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti