...

ATƏT Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi və reinteqrasiya səyləri barədə məlumatlandırıldı

Siyasət Materials 27 Sentyabr 2023 13:38 (UTC +04:00)
ATƏT Daimi Şurası Azərbaycanın antiterror tədbirlərinin nəticəsi və reinteqrasiya səyləri barədə məlumatlandırıldı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şuranın xüsusi iclasında çıxış edib.

Trend xəbər verir ki, bu barədə Rövşən Sadıqbəyli “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

“ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verilib.

Həmçinin Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatlar təqdim edilib”, - diplomat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti