...

Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək - Türkiyə Milli Təhlükəsizlik Şurası

Siyasət Materials 28 Sentyabr 2023 20:47 (UTC +04:00)
Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək - Türkiyə Milli Təhlükəsizlik Şurası

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasında (MGK) qeyd edilib.

"Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olması və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər", - deyə MGK-nın açıqlamasında bildirilib.

Qeyd edilib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti