...

İƏT-ə sədrlik Azərbaycandan İrana keçdi

Siyasət Materials 10 Oktyabr 2023 17:12 (UTC +04:00)
İƏT-ə sədrlik Azərbaycandan İrana keçdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədrlik Azərbaycandan İrana keçib.

Trend xəbər verir ki, bu barədə qərar təşkilatın Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. İclasda üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları, İƏT çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı ilə bağlı təşəbbüs və təkliflərin, habelə iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti