...

Prezident İlham Əliyevin 20 ildə rəhbərlik etdiyi ölkəmiz özünəməxsus şərəfli yol keçib - İsa Həbibbəyli

Siyasət Materials 12 Oktyabr 2023 11:50 (UTC +04:00)
Prezident İlham Əliyevin 20 ildə rəhbərlik etdiyi ölkəmiz özünəməxsus şərəfli yol keçib - İsa Həbibbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 20 illik möhtəşəm marafonunda Vətən müharibəsi zamanı qazanılan zəfər böyük əhəmiyyətə malik olan hərbi-siyasi hadisə kimi Azərbaycan tarixinə həkk olunub.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 44 günlük müharibə ilə xalqımızı 30 illik işğaldan dövründən azad etmiş, bir günlük antiterror tədbirləri ilə ölkəmizi tam müstəqil etdi.

“Bu dünya tarixində hər hansı dövlət başçısı, eləcə İlham Əliyev üçün xalq və dövlət qarşısında icra olunan müqəddəs missiyadır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun lideri ilk növbədə həm doğma xalqı, tam mənada isə beynəlxalq ictimaiyyət tərəfindən XXI əslin liderlərindən biri kimi qəbul edir. Bu, bizim üçün böyük iftixardır.

Dünyada inkişaf templərinə görə Azərbaycanla müqayisə ediləcək ölkələr barmaqla sayılacaq qədərdir. Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf sürətlə gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət, ziyalılıq İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçib. Onun 20 ilinin hər ili möhtəşəmdir. Hesab edirəm ki, dövlət başçısının adı ilə bağlı 20 il 2023-cü il Heydər Əliyev ilinə ən böyük hesabatdır”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti