...

BMT-nin gözü qarşısında mədəni irsimiz məhv edildi, amma bunu görməzdən gəldi - Deputat

Siyasət Materials 13 Oktyabr 2023 16:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nə Azərbaycan torpaqlarının işğal altında olduğu onilliklər boyu, nə də 44 günlük müharibə nəticəsində bu ərazilərin azad olunmasından sonra UNESCO və digər BMT institutları bu ərazilərə səfər etmədi. BMT-nin gözü qarşısında hər şey dağıdıldı, mədəni və dini irsimiz məhv edildi, şəhərlər və kəndlər yer üzündən silindi. Amma bu faktları görmək üçün heç bir missiya ərazilərə baş çəkmədi.

Bunu Trend-ə Milli Məclisin deputaı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, işğal zamanı Azərbaycan dəfələrlə BMT, UNESCO kimi institutlara müraciət edərək bu ərazilərdə Azərbaycan şəhər və kəndlərinin, abidələrinin, irsinin məhv edilməsini görmək üçün regiona missiya göndərməyə çağırıb.

“Amma Ermənistan BMT-ni nəzarətdə saxladığı Azərbaycan torpaqlarına buraxmayıb.

“İndi isə BMT utanmadan Azərbaycanda qalıb monitorinq aparmaq istəyir. Bu açıq diskriminasiya və ikili yanaşma deməkdir”, - deyə deputat bildirib.

V.İskəndərovun sözlərinə görə, bu, BMT-nin timsalında beynəlxalq birliyin məsələlərə ikili standartdan yanaşmasının növbəti təzahürüdür.

“Əgər BMT nümayəndələri indi gəlmək istəyirlərsə, onda onlar 30 illik işğal nəticəsində məscidlər və digər abidələrin dağıdılmasına, azərbaycanlılara dəymiş zərərə, 1 milyon qaçqın və məcburi köçkün probleminə, mina probleminə, itkin düşmüş şəxslər məsələsinə və Qərbi Azərbaycan (orada məhv edilmiş mədəni və tarixi irsi, qalan irsinin qorunması, qaçqınların geri dönüşü) məsələsinə də baxmalıdırlar.

Baxacaqlarmı, yaxud baxmağa özlərində cəsarət tapacaqlarmı? Hesab edirəm ki, yox. Çünki qeyd etdiyimiz kimi, BMT səmimi olsaydı, 30 il ərzində bizim də haqlı tələbimizi, çağırışımızı eşidərdi. Eşitmək və görmək istəmədilər. Çünki bunlar bizə gələndə, bizim haqlı tələbimizə gələndə lal və kar olurlar”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti