Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışıb.
Trend xəbər verir ki, Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, formal olaraq Qarabağda Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi qalmalıdır.
“Bu məsələ danışıqlar zamanı həll olunacaq”, - o qeyd edib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.