...

“500 illik uğurlu siyasət: keçmişdən bugünə Turkyə Xarici İşlər Təşkilatı” adlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 16 Oktyabr 2023 15:11 (UTC +04:00)
“500 illik uğurlu siyasət: keçmişdən bugünə Turkyə Xarici İşlər Təşkilatı” adlı tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin binasında “500 illik uğurlu siyasət: keçmişdən bugünə Turkiyə Xarici İşlər Təşkilatı” adlı panel və fotosərgi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə İ.Həbibbəyli açıb. O qeyd edib ki, 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltması tarixi bir hadisədir. İ.Həbibbəyli elmi ictimaiyyət adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

İ.Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığı haqqında söz açıb. O bildirib ki, Azəbaycan-Türkiyə qardaşlığı dünyada alternativi olmayan bir modeldir.

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət nəticəsində iki qardaş ölkə arasında əlaqələr bu qədər yüksək zirvəyə çatıb”, - deyə İ.Həbibbəyli bildirib.

O qeyd edib ki, Turkiyə Xarici İşlər Təşkilatı Türkiyənin beynəlxalq aləmə inteqrasiya olunmasına çox böyük töhfə verib:

“Xarici siyasət hər zaman Türkiyə siyasətində böyük yer tutub.

Bu gün Türkiyənin apardığı xarici siyasət onu dünyanın nüfuzlu ölkələrindən birinə və qlobal gücə çevirib".

Daha sonra çıxış edən C.Bağçı çıxışa Azərbaycanı təbrik etməklə başlayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək.

Ç.Bağçı Türkiyənin xarici siyasətindən söhbət açaraq bildirib ki, Bu gün dünyanın hər yerində Türkiyənin diplomatik missiyası fəaliyyət göstərir.

“Türkiyə dünyanın beşinci diplomatik şəbəkəsinə sahib ölkədir. Bizim dünyanın hər bir nöqtəsində səfirliklərimiz, diplomatik korpuslarımız fəaliyyət göstərir. Türkiyə və onun yürütdüyü siyasət hər zaman, hər yerdə dinlənilir, böyük təsir və gücə malikdir. Heç kimin masaya otuzdura bilmədiyi kəsləri Türkiyə danışıq masasına otuzdurur. Bu, Türkiyənin qlobal və regional məsələlərin ciddi və dəqiq analizinin nəticəsidir", - deyə səfir əlavə edib.

Daha sonra tədbir panel müzakirələri ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti