...

2026-cı ilədək Qarabağa 140 minə yaxın sakinin köçürülməsi planlaşdırılır - Emin Hüseynov

Siyasət Materials 19 Oktyabr 2023 12:55 (UTC +04:00)
2026-cı ilədək Qarabağa 140 minə yaxın sakinin köçürülməsi planlaşdırılır - Emin Hüseynov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ümumilikdə təqribən 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi planlaşdırılır.

Trend cümə axşamı xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə deyib.

"Prezidentin rəhbərliyi ilə 1-ci Böyük Qayıdış dövlət proqramı təsdiq olunub. Proqrama əsasən artıq bir neçə yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərimiz geri qayıdaraq doğma torpaqlarda məskunlaşıblar. Bu proses davam edir”, - deyə o vurğulayıb.

E.Hüseynov daha sonra Qarabağda görülən yenidənqurma və tikinti işlərinin şəhər planlaşdırmasının ən müasir standartlarına uyğun olaraq, alternativ enerji mənbələrindən istifadə etməklə, ekoloji cəhətdən daha təmiz üsullarla və yaşıl zona konsepsiyasına uyğun olaraq həyata keçirilməli olduğunu qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti