...

Təlimlər iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib

Siyasət Materials 24 Oktyabr 2023 13:19 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi operativ birgə taktiki təliminə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Trend xəbər verir ki, bunu polkovnik Ramil Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tip təlimlər ildə iki dəfə keçirilir.

“Bu tip təlimin ilki may ayında Türkiyədə keçirilib. Təlimdə qoyulan hədəflərə nail olunub. Əsasən, iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib. Bu təlimdə onlayn olaraq qoşularaq digər bölgələrdəki təlimin gedişatı izlənilib.

Ümumiyyətlə, təlim ildə iki dəfə olaraq keçirilir. May ayında Türkiyədə, oktyabrda isə Azərbaycanda reallaşdı.

Bu dəfə təlim iqlim və ərazi relyefi nəzərə alınmaqla, dağlıq, meşəlik olmaqla yeddi bölgədə keçirilir. Bugünkü təlimdə də qoyulmuş bütün məqsədlərə nail olunub.

Əvvəlki təlimlərlə müqayisədə daha çox artilleriya vasitələri və digər zirehli texnikalar cəlb olunub. Burada ssenariyə əsasən eyni zamanda onlayn olaraq digər bölgələrdən qoşularaq təlimin gedişatı izlənilir. Əlavə olaraq da bölgədə olan mülki əhalinin qorunması, bölgədə olan faktiki duruma görə dərhal qərarın qəbul edilərək qərargaha ani olaraq ötürülüb, qərarın qəbul edilərək qiymətləndirilməsi və aidiyyatı üzrə tədbirlərin görülməsi icra olunur”, - polkovnik qeyd edib.

Qeyd edək ki, ölkəmizdə Türkiyə ilə birgə Mustafa Kamal Atatürk -2023" birgə taktiki təlimi keçirilir. Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti