...

Aİ və Avropa Parlamentinin erməni sevdası - Ziyanı kim çəkəcək? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 31 Oktyabr 2023 18:19 (UTC +04:00)
Aİ və Avropa Parlamentinin erməni sevdası - Ziyanı kim çəkəcək? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı və Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, ermənipərəst mövqedən çıxış edib. Lakin zaman göstərdi ki, Aİ və AP-nin Azərbaycana qarşı bu qərəzli mövqeyi ölkəmizə qarşı hər hansı bir təsirə malik deyil.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, Avropa İttifaqı və Avropa Parlamentinin qərəzli mövqeyi yalnız onun özünə ziyandır.

O vurğulayıb ki, nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın Avropaya ehtiyacı yoxdur, əksinə, Aİ Azərbaycandan asılı vəziyyətdədir, çünki məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir.

“Eyni zamanda, Azərbaycan enerji daşıcılarının nəqli üçün əlverişli imkanlara malikdir. Hətta Asiya ölkələrindən də enerji daşıyıcıları Avropaya Azərbaycan vasitəsilə nəql olunur. Azərbaycan dünyanın bir çox ölkələri ilə sıx iqtisadi və siyasi əlaqələrə malikdir. Bu baxımdan, Azərbaycanın Avropadan asılılığı yoxdur”, - deyə E.Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti