Bakı. Trend:
Prezident İlham Əliyev “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə qanunu təsdiqləyib.
Qanunda deyilir:
"Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulsun".