...

Fransa Ukraynanın imtina etdiyi zirehli maşınları Ermənistana göndərib

Siyasət Materials 13 Noyabr 2023 17:49 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:
Fransa Ukraynanın yararsız olduğu üçün imtina etdiyi hərbi tullantıları Ermənistana göndərib.

Trend xəbər verir ki, Fransanın "Ouest France" nəşri Ukraynaya hərbi yardım olaraq göndərilməli olan və zəif müdafiə etdiyi üçün Ukraynanın imtina etdiyi "Bastion" zirehli maşınlarının Ermənistana satıldığını yazıb.

"Bu nəqliyyat vasitələri ilkin olaraq Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev bu maşınların artilleriya atəşi və tank əleyhinə raketlərdən zəif müdafiə etdiyini hesab edib", - "Ouest France" nəşrində deyilib.

Xatırladaq ki, İrəvan Fransadan hərbi yardımın ilk partiyasını alıb. Ermənistan ordusu üçün zirehli maşınların ilk partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə çatdırılır.

Qeyd etmək lazımdır ki, "Bastion" zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. İndi isə Fransa bu texnikadan qurtulmağın istənilən yollarını axtarır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti