...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 23 Noyabr 2023 20:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti

Xəbər lenti