...

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 24 Noyabr 2023 18:49 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti