Bakı. Trend:
Yayılan məlumatlara görə, Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir.
Fransada təlim keçənlərin Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcəyi bildirilsə də, onlardan gələcəkdə məhz Azərbaycana qarşı revanş məqsədilə istifadə ediləcəyi də istisna edilmir, belə olmayacağına heç kim zəmanət verə bilməz.
Məsələ ilə bağlı Trend-ə videomüsahibəsində hərbi ekspert Azər Bayramov bildirib ki, Fransanın bu addımı sülhə yox, revanşa hesablanıb.
"Fransa və Ermənistan arasında bağlanmış hərbi sazişə əsasən, düşmən ölkənin silah-sursat və texnika ilə təmin olunması nəzərdə tutulurdu. Bunları işlədə biləcək peşəkar şəxsi heyətin hazırlanmasını da Fransa öz üzərinə götürüb. Biz artıq bunun şahidi oluruq. Bu proses çox sürətlə həyata keçirilir", - deyə o qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik: