Bakı. Trend:
Azərbaycan Xəzəryanı dövlətlər arasında əməkdaşlığa dair 16 beynəlxalq hüquqi sənəddən 15-nin iştirakçısıdır.
Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
Ceyhun Bayramov vurğuladı ki, Azərbaycan Xəzər dənizində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlərin dinamikasını və qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanması məqsədilə etimad tədbirlərinin gücləndirilməsi məsələsini müsbət qiymətləndirir.
Qeyd edək ki, iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.