...

Brüsseldə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək

Siyasət Materials 7 Dekabr 2023 15:20 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Trend bu barədə cümə axşamı Avropa İttifaqına (Aİ) istinadən məlumat verir.

Məlumata görə, tədbirdə Aİ ölkələrinin xarici işlər nazirləri, eləcə də "Şərq Tərəfdaşlığı" proqramına üzv olan 6 ölkədən 5-nin (Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Ermənistan) XİN rəhbərləri iştirak edəcək.

Görüş Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin sədrliyi altında keçriləcək. Avropa İttifaqının Qonşuluq siyasəti və danışıqları komissarı Oliver Varhelyi də tədbirdə iştirak edəcək.

"Nazirlər "Şərq Tərəfdaşlığı" proqramı barədə fikir mübadiləsi aparacaq, nailiyyətləri yekunlaşdıracaq və gələcək siyasətə dair konkret tövsiyələri müəyyən edəcəklər. Nazirlər görüşdə "Şərq Tərəfdaşlığı"nın üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarını təmin etməyə necə davam edə biləcəyini, 2024-cü ildə birgə fəaliyyətin əsas prioritetlərinin nələrdən ibarət olduğunu, "Şərq Tərəfdaşlığı"nın İqtisadi və İnvestisiya Planının icrasını necə sürətlənirməyi, eləcə də Mərkəzi Asiya və Qərbi Balkanlar kimi regionlarla əməkdaşlığı və Qara dəniz hövzəsi kimi digər regionlarla sinerjini necə genişləndirmək lazım olduğunu müzakirə edəcəklər. Nazirlər 2024-cü ilədək xüsusən regional rouminq, yol hərəkəti və nəqliyyatın təhlükəsizliyi sahələrində konkret nəticələr üzrə öhdəlikləri möhkəmləndirməyi planlaşdırır", - Aİ-nin məlumatında deyilir.

Qeyd edək ki, 2009-cu ildə birgə siyasi təşəbbüs kimi irəli sürülmüş "Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqı, ona üzv ölkələr və altı Şərq qonşuları - Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Ermənistan) arasında münasibətlərin möhkəmləndirilməsini və dərinləşdirilməsini hədəfləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti