...

Azərbaycanın “Minaların mədəni irsə təsiri” adlı qətnamə layihəsi UNESCO-da qəbul edildi

Siyasət Materials 12 Dekabr 2023 12:40 (UTC +04:00)
Azərbaycanın “Minaların mədəni irsə təsiri” adlı qətnamə layihəsi UNESCO-da qəbul edildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 11 dekabr tarixində UNESCO mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib:

"Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.

Qətnamədə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur.

Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb", - XİN-dən bildirilib.

Qeyd olunub ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti