Bakı. Trend:
2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilib.
"Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - Rusiya MN-nin məlumatında qeyd edilib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.