...

Azərbaycan XİN Çinə başsağlığı verib

Siyasət Materials 19 Dekabr 2023 15:07 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında qeyd edilib.

"Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, dünən Pekində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 111 yerli sakin həlak olub, daha 230 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti