...

Qərbin məqsədi heç bir şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil - Mariya Zaxarova

Siyasət Materials 20 Dekabr 2023 17:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin məqsədi heç bir şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Avropa İttifaqının “Maqnitski siyahısı”nın müddətini 8 dekabr 2026-cı il tarixinədək üç illik uzatmaq barədə qərarını dəstəkləyən ölkələr siyahısında Azərbaycan və Ermənistanın adının əvvəl qeyd olunması, daha sonra isə silinməsini şərh edərkən deyib.

“İlkin versiyada üçüncü dünya ölkələri siyahısında Azərbaycan və Ermənistan da var idi. Lakin bir müddət sonra onların adları siyahıdan möcüzəvi şəkildə silindi. Əlbəttə ki, mənim fikrimcə, bu məsələni Brüsseldəki hoqqabazlara ünvanlamaq daha doğru olardı, çünki bu, həqiqətən, hansısa sehrdir.

Bu, öz sənədlərinin müxtəlif versiyaları ilə jonqlyorluq etməkdir. Bizim qiymətləndirməmizə gəlincə, Brüsselin doğrularla və yanlışlarla sanksiya tədbirlərinə üçüncü ölkələri cəlb etmək hesabına öz anti-Rusiya məhdudiyyətlərinin beynəlxalq normalara uyğunluq donu geyindirmək səyləri boş, qeyri-konstruktiv və perspektivsiz məşğuliyyətdir.

Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasını nəzərə almadan tətbiq etdiyi birtərəfli məhdudlaşdırıcı tədbirləri beynəlxalq hüquq normalarının kobud pozulmasıdır”, - o deyib.

Zaxarovanın sözlərinə görə, Azərbaycan və Ermənistanın adının Aİ-nin insan hüquqları ilə bağlı sanksiyalarını dəstəkləyən ölkələr siyahısında peyda olması, daha sonra itməsi Brüsselin siyasətindəki neokolonial düşüncənin və Qərb ictimaiyyətinin ölkələr arasında normallaşma prosesinə müdaxilədən birbaşa olaraq nə əldə etmək istədiyinin parlaq nümunəsidir.

"Yeganə məqsəd və vəzifə heç bir şəkildə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və normallaşması, uzunmüddətli münaqişənin nəticələrinin tənzimlənməsi ilə bağlı deyil. Bu isə növbəti dəfə hansısa anti-Rusiya mövqeyi tutmaq istəyidir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Aİ Rusiyanın qonşularını sanksiyalara, o cümlədən, anti-Rusiya kursuna qoşulmağa məcbur etmək cəhdləri ilə mümkün olan hər şeyə gedir, o cümlədən, birbaşa saxtakarlıq edir.

"Fikrimcə, bu hərf səhvi deyil, birbaşa saxtakarlıqdır", - Zaxarova deyib.

Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti