...

Rusiyada Paşinyanın Sankt-Peterburqa səfər edəcəyi gözlənilir - Mariya Zaxarova

Siyasət Materials 20 Dekabr 2023 17:35 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Paşinyanın Sankt-Peterburqa səfər edəcəyi gözlənilir.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyanın Rusiya prezidentinin dəvətindən yararlanaraq, 25-26 dekabr tarixlərində Sankt-Peterburqa səfər edəcəyinə və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB ölkələrinin dövlət başçılarının ənənəvi yeni il öncəsi görüşündə iştirak edəcəyinə ümid edirik", - o deyib.

Zaxarovanın sözlərinə görə, bu səfər çərçivəsində tərəfləri maraqlandıran bütün məsələləri qaldırmaq olar.

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri üzrə mövqeyimiz isə dəfələrlə və ətraflı şəkildə ölkə prezidenti və xarici işlər naziri tərəfindən qeyd olunub", - deyə o əlavə edib.

Zaxarova Rusiyanın İrəvanla bütün məsələləri peşəkar tərzdə və tərəfdaş nöqteyi-nəzərindən həll etməyə hazır olduğunu bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti