...

Fransanın Cənubi Qafqazda gizli missiyası: məkirli planlar necə alt-üst oldu? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 29 Dekabr 2023 16:55 (UTC +04:00)
Fransanın Cənubi Qafqazda gizli missiyası: məkirli planlar necə alt-üst oldu? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qələbəsini hələ də həzm edə bilməyən və regionda qarışıqlıq yaratmaq niyyətində olan Fransa bizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini davam etdirir. Fransanın apardığı siyasətin sanki bir hissəsini anti-Azərbaycan siyasəti təşkil edir. Bu azmış kimi Fransa Azərbaycanın daxili işlərinə qarışmağa da cəhd edib və ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Fransanın Cənubi Qafaqazla, Ermənistanla, Azərbaycanla bağlı mövqeyi 44 günlük Vətən müharibəsində bizim üçün aydın idi.

“Vaxtilə guya Fransa danışıqlar prosesində vasitəçilik missiyasını həyata keçirirdi, bölgəyə sülh gətirəcəkdi, amma müharibə dövründə gördük ki, bütün bunlar sadəcə sözdən ibarətdir. Danışıqlar prosesində Fransanın fəaliyyəti Ermənistanın mövqeyini möhkəmləndirmək və beləliklə, münaqişəni uzatmaq, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdidlər yaratmaqdan ibarət olub”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti