...

Prezident İlham Əliyev: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar

Siyasət Materials 31 Dekabr 2023 23:51 (UTC +04:00)
Prezident İlham Əliyev: 2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar

Bakı. Trend:

2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti