...

Prezident İlham Əliyev 4 nəfərə general-mayor ali xüsusi rütbəsi verdi - SƏRƏNCAM

Siyasət Materials 29 Yanvar 2024 15:44 (UTC +04:00)
Prezident İlham Əliyev 4 nəfərə general-mayor ali xüsusi rütbəsi verdi - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.

Xəbər lenti

Xəbər lenti