Bakı. Trend:
Məqsədimiz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır. Bizim prinsiplərimiz dəyişməyib. Hələ ki, hər şey öz qaydasında gedir, heç bir şikayət daxil olmayıb. Tezliklə regionda sülhün, sabitliyin tam təmin olunmasını arzu edirik. Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə normallaşma mütləqdir. Bu, hamımız üçün yaxşıdır.
Trend xəbər verir ki, bu fikirləri MDB-nin Baş katibi Sergey Lebedev Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə səsləndirib.
MDB-nin Baş katibi vurğulayıb ki, insanların rifahı və inkişafı naminə razılığa gəlinməsi, sülhün əldə edilməsi mütləqdir.
“Biz müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkarlar insanlardır və öz işlərini yaxşı bilirlər”, - deyə o əlavə edib.