...

"Yeni Şafak" qəzeti Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı məqalə dərc edib

Siyasət Materials 5 Fevral 2024 17:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Yeni Şafak" qəzeti Azərbaycanda keçiriləcək 2024-cü il Prezident seçkiləri ilə bağlı məqalə dərc edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, qəzetdə dərc olunan məqalədə qeyd olunub ki, 2024-cü il Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilk dəfə olaraq bütün azad edilmiş ərazilərdə keçiriləcək.

"Əhəmiyyətli geosiyasi mövqeyi və təbii sərvətləri ilə regionun parlayan ulduzuna çevrilən Azərbaycan iqtisadi və hərbi qüdrəti, siyasi manevrləri ilə təkcə Cənubi Qafqazda deyil, beynəlxalq aləmdə, xüsusilə Qarabağ qələbəsindən sonra də ad çıxarmaqdadır. Prezident İlham Əliyev vəzifəyə gəldikdən sonra Azərbaycan müntəzəm və sabit inkişafa nail olub, indiki güclü mövqeyinə çatıb",- deyə məqalədə dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti