Bakı. Trend:
Dünən çox mühüm tarixi hadisə baş verdi - Azərbaycan xalqı öz liderinə səs verdi.
Trend xəbər verir ki, bunu Qazaxıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Aydos Sarım Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Biz Mərkəzi Seçki Komissiyasının məlumatlarını gördük, çox yüksək seçici fəallığı var idi. Mən seçki məntəqələrində partiyaların müşahidəçiləri, namizədlər, seçki komissiyasının üzvləri ilə danışa bildim. Hər yerdə bütün prosedurlara əməl olunurdu. Heç bir qanun pozuntusu görmədik. Ümumiyyətlə mən şəxsən şahidi oldum ki, bütün seçki məntəqələrində uzun növbələr yaranmışdı, yəni seçicilər çox böyük həvəslə seçki məntəqələrinə gəlirdilər. Bu seçkilərin tarixi əhəmiyyəti var.Mən bir daha Azərbaycan xalqını seçiminə görə təbrik edirəm”.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.