...

Oklahoma ştatının qubernatoru Prezident İlham Əliyevi təbrik etdi

Siyasət Materials 23 Fevral 2024 13:58 (UTC +04:00)
Oklahoma ştatının qubernatoru Prezident İlham Əliyevi təbrik etdi

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramının uğurunu böyük qürur hissi ilə qeyd edirəm. Güclü əlaqələrimiz və iyirmi ildən artıqdır ki, birgə həyata keçirdiyimiz əməkdaşlıq təşəbbüslərimiz xüsusilə də mədəni dəyərlərin təbliğində və hərbçilərimizin bacarıqlarının artırılmasında mühüm irəliləyişlərə gətirib çıxarıb. Əməkdaşlığımızı daha da dərinləşdirmək və qarşılıqlı inkişafı təşviq etmək yolunda bundan sonra da birgə fəaliyyət göstərəcəyimizə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

Xəbər lenti

Xəbər lenti