...

Azərbaycan həmişə sülh danışıqlarının təşəbbüskarı olub, indi növbə Ermənistanındır - Xalq artisti Siyavuş Kərimi "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 26 Fevral 2024 11:21 (UTC +04:00)
Azərbaycan həmişə sülh danışıqlarının təşəbbüskarı olub, indi növbə Ermənistanındır - Xalq artisti Siyavuş Kərimi "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı bəstəkar, Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi olub.

O, Azərbaycanın həmişə sülh danışıqlarının təşəbbüskarı olduğunu, indi növbənin Ermənistanın olduğunu qeyd edib.

"Azərbaycan tərəfi dəfələrlə bildirib ki, ermənilər Qarabağa qayıda və bizim ölkənin qanunları ilə yaşaya bilərlər. Onlar Qarabağdan öz istəkləri ilə gediblər və hamısı bir adam kimi deyirdi ki, Azərbaycan tərəfindən heç bir təzyiq göstərilməyib. Ermənilər dərk etməlidir ki, sülh zəruridir", - o deyib.

Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti