...

Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı gözləntilərini açıqlayıb

Siyasət Materials 27 Fevral 2024 16:18 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntilərini açıqlayıb.

Trend xəbər verir ki, Paşinyan bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə mətbuat konfransında deyib.

"Bilirsiniz ki, yaxın zamanda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü gözlənilir. Ümid edirik ki, bu görüşdə irəliləyiş qeydə almaq mümkün olacaq", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü 28-29 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti