...

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir - Ceyhun Bayramov

Siyasət Materials 15 Mart 2024 11:19 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir, nümunəvidir.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir, nümunəvidir. Üç ölkə arasında münasibətlərə nəzər salanda çox yüksək siyasi dialoqun şahidi oluruq. Beynəxalq platformalar çərçivəsində bi-birimizi dəstəkləməmiz bunlara töhfə verir”, - o bildirib.

Nazir qeyd edib ki, əlaqələrin möhkəmləndirilməsinə bu gün imzalanan Bakı Bəyannaməsinin töhfə verəcəyinə əminik.

“Azərbaycan hazırda həm Türkiyədə, həm Gürcüstanda aparıcı xarici investorlar sırasındadır. Hər iki ölkə əsas ticarət tərəfdaşlarımızdandır”, deyə Bayramov əlavə edib.

Nazir bildirib ki, həm Türkiyə, həm Gürcüstan Azərbaycanın əsas ticari tərəfdaşları sırasındadırlar.

“Görüş zamanı iqtisadiyyatın bir çox sahəsində ölkələrimiz arasında çoxsaylı layihələri müzakirə etdik və yeni layihələr üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu. Hesab edirik ki, yaxın zamanda bir sıra yeni və çox ciddi nəticələrə səbəb ola biləcək anonsların şahidi olacağıq”, - nazir bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti görüşün keçiriləcəyi yer müəyyən edilib və Bakı bəyannaməsini qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti