...

Sendyu Hira, Tural Gəncəliyev və Sevil Mikayılova neokolonializmlə mübarizə tədbirlərini müzakirə ediblər - Milli Məclis və "Baku Network"un birgə layihəsi (FOTO/VİDEO)

Siyasət Materials 18 Mart 2024 12:36 (UTC +04:00)
Sendyu Hira, Tural Gəncəliyev və Sevil Mikayılova neokolonializmlə mübarizə tədbirlərini müzakirə ediblər - Milli Məclis və "Baku Network"un birgə layihəsi (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis və "Baku Network" ekspert platformasının əməkdaşlığı çərçivəsində azərbaycanlı deputatlar Tural Gəncəliyev və Sevil Mikayılova telekörpü vasitəsilə tanınmış niderlandlı publisist, "Decolonizing The Mind – a guide to decolonial theory and practice" kitabının müəllifi Sendyu Hira ilə müzakirələr aparıblar.

Trend xəbər verir ki, müzakirə iştirakçıları neokolonializm və islamofobiya ilə mübarizə tədbirlərinə toxunub, eləcə də, qlobal səviyyədə bu proseslərdə Azərbaycanın rolunu qeyd ediblər.

Belə ki, son zamanlarda Azərbaycanın dünyada islamofobiya və neokolonial tendensiyalarla mübarizədə böyük rol oynayan mühüm dövlətlərdən biri olduğu vurğulanıb.

"Adətən, insanlar müstəmləkəçilikdən danışanda onun siyasi və iqtisadi aspektlərini düşünür. Dekolonizasiya isə keçmiş müstəmləkəçilərdən siyasi müstəqillikdir. İnsanlar, adətən, məhz belə düşünürlər. Lakin müstəmləkəçilərə gəlincə, son zamanlarda Qlobal Cənub ekspertləri müstəmləkəçiliyin digər tərəfindən, daha dəqiq desək, intellektual və mədəni tərəfindən xəbər verirlər.

Artıq tərəfimdən hazırlanmış idrakın dekolonizasiyasının nəzəri əsasları çərçivəsində iddia edirəm ki, dünya tarixinə sivilizasiya nöqteyi-nəzərindən baxmalıyıq. Beləliklə, son arqumentim ondan ibarətdir ki, intellektual təfəkkürün Avropasentrizm çərçivəsindən kənara çıxan yeni şəbəkəsini qurmalıyıq. Bu isə asan məsələ deyil, çünki biz fərqli düşüncələrə malikik. Lakin düşüncələrdəki fərq yaradıcılıq üçün qidalı mühitdir. Bilirsiniz, əgər hamı eyni düşünsə, yaradıcılıq olmaz", - deyə Sendyu Hira bildirib.

Müzakirənin tam video versiyasını oxucuların diqqətinə çatdırırıq:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti