...

Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyirik - Almaniya səfiri

Siyasət Materials 4 Aprel 2024 16:52 (UTC +04:00)
Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyirik - Almaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Azərbaycanda minatəmizləmə ilə bağlı layihələr həyata keçirir.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkə hesabında bildirib.

“Almaniya minatəmizləmə prosesində, o cümlədən, həyata keçirilən öz layihəmiz çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir”, - paylaşımda deyilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti