...

AQEM XİN başçılarının Şurasının iclası bu il Bakıda keçiriləcək - Kayrat Sarıbay

Siyasət Materials 19 Aprel 2024 12:39 (UTC +04:00)
AQEM XİN başçılarının Şurasının iclası bu il Bakıda keçiriləcək - Kayrat Sarıbay
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu il Bakıda keçiriləcək.

Bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi Kayrat Sarıbay deyib.

"Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlı günlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildə Xarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkin təsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobal ictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanın Bakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEM çərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası ilə birləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çox uyğundur və AQEM-in mahiyyətini əks etdirir", - o deyib.

Azərbaycanın sədrliyi dövründə prioritetlərdən danışan Kayrat Sarıbay prioritetlərin bu ilin payızında AQEM Xarici İşlər Nazirləri Şurasının payızda Bakıda keçiriləcək iclasında təqdim olunacağını deyib.

"Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçün dayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olan Qazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrə koordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçün aktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı bu çağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiya yollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və hava yollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkün qədər çox istifadə etməliyik", - o deyib.

Xatırladaq ki, AQEM Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının bu il martın 19-da qəbul etdiyi qərarla Azərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti