...

Qarabağdan çıxan sülhməramlılara lazımi texniki dəstək göstərilsin - Müdafiə nazirindən TAPŞIRIQ

Siyasət Materials 20 Aprel 2024 13:19 (UTC +04:00)
Qarabağdan çıxan sülhməramlılara lazımi texniki dəstək göstərilsin - Müdafiə nazirindən TAPŞIRIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.

Trend xəbər verir ki, nazir bunu Quru Qoşunlarının qərargahında aprelin 20-də xidməti müşavirədə deyib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti