...

Əlcəzair Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 22 Aprel 2024 18:06 (UTC +04:00)
Əlcəzair Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq assambleyasının Milli Müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüb.

Trend xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlerarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə və digər rəsmi şəxslər müşayiət ediblər.

Xəbər lenti

Xəbər lenti