...

BAM bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək - Vladimir Putin

Siyasət Materials 22 Aprel 2024 21:08 (UTC +04:00)
BAM bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək - Vladimir Putin
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Moskva. Trend:

Bu gün Baykal-Amur Magistralı (BAM) bütün XXI əsrdə böyük dərəcədə qlobal logistikanı müəyyən edəcək.

Trend xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Rusiyanın BAM sayəsində Sibirin, Uzaq Şərqin inkişafı, Sakit okean istiqamətində yükdaşımalarını həyata keçirmək üçün çox geniş imkanlar əldə etdiyini vurğulayan Rusiya dövlətinin başçısı qeyd edib ki, Şərqə tərəf dönüş əhəmiyyətli dərəcədə BAM-ın sayəsində mümkün olub.

Xəbər lenti

Xəbər lenti