...

Ermənistanda etiraz aksiyaları iflasa uğradı – Revanşistlərin acı sonluğu (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 21 May 2024 20:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yerləşən 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı - azad edilərək Azərbaycana təhvil verilməsi prosesindən və Azəbraycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə başlanan etiraz aksiyaları iflasa uğradı.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz iştirakçıları Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər. Proseslər göstərdi ki, onların cəhdləri heç bir nəticə vermədi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olan addımlara maneçilik törətməyə çalışırdılar.

“Bu prosesi aradan qaldırmaq məqsədilə revanşistlər müxtəlif addımlar atırdılar. Bu addımların içərisində İrəvanda etiraz aksiyaları təşkil edilməsi, hökümətə qarşı təzyiqlərin artırılması da var idi. Hadisələr göstərirdi ki, onların bu addımları sadəcə bir qrup insanı maraqlandırırdı. Bu etirazlar kütləvi etirazlara çevrilə bilmədi”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti