...

Ermənistan Azərbaycanla normallaşmaya mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir - Yaşar Əliyev

Siyasət Materials 23 May 2024 00:34 (UTC +04:00)
Ermənistan Azərbaycanla normallaşmaya mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir - Yaşar Əliyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir.

Trend xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.

“Ermənistan nümayəndəsinin bu iclasda verdiyi bəyanata gəlincə, regionda davamlı sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərən bəyanatlardan çəkinməlidir”, - deyə o bildirib.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, münaqişə zamanı mülki şəxslərə qarşı törədilmiş kütləvi cinayətlərin araşdırılması istiqamətində konkret addımlar atıb.

“Lakin 1992-ci ilin fevralında Xocalı şəhərində soyqırıma görə məsuliyyət daşıyanlar da daxil olmaqla, Ermənistanda olan cinayətkarların əksəriyyəti cəzasız olaraq qalmaqdadırlar, bu cinayətləri inkar etmək və onlara məhəl qoymamaq beynəlxalq hüquqa və ədalətə açıq hörmətsizlikdir”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti