...

Gürcüstan səfirliyi Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Siyasət Materials 28 May 2024 14:21 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın Azərbaycandakı səfirliy Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Gürcüstan səfirliyi dost və qardaş Azərbaycan Respublikasını və xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, sülh, firavanlıq və uğurlar arzulayır!

Ölkələrimiz arasında əsrlər boyu qurulmuş mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir.
Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr iki ölkə xalqının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir".

Xəbər lenti

Xəbər lenti