...

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı (FOTO)

Siyasət Materials 30 May 2024 09:30 (UTC +04:00)
Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.

Trend xəbər verir ki, Prezidentin köməkçisi "X" sosial şəbəkəsindəki hesabında zərərçəkmişlərin sayını özündə əks etdirən şəkil yayımlayıb:

“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.

Qeyd edək ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək.

Xəbər lenti

Xəbər lenti