...

Ermənistan Azərbaycandan üzr istəməlidir - ŞƏRH

Siyasət Materials 30 May 2024 11:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər son 200 ildə xalqımıza qarşı dəhşətli, insanlığa sığmayan qəddarlıqla soyqırımları, qətliamlar və terror aktları törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, əsrlər, illər keçməsinə baxmayaraq, xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bir daha bu məsələyə toxunaraq Xocalıda törədilmiş vəhşiliklə bağlı Ermənistanın üzr istəməli və cinayəti tanımalı olduğunu diqqətə çatdırdı.

“Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli faciələrdən biri də 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımıdır.

“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

“Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Biz hər birimiz xalqımıza qarşı törədilən bu amansız soyqırımın dünyada tanıdılması, soyqırım cinayətkarlarının öz cəzasına çatması istiqamətində əlimizdən gələni etməliyik.

Bütün dünya bu soyqırımını tanımalıdır. Ermənistan bu qeyri-insani cinayətə görə üzr istəməli və bu cinayəti törədənlərin hər biri layiqli şəkildə cəzalandırılmalıdır”, - deyə A.Həsənova əlavə edib.

Xəbər lenti

Xəbər lenti