...

Ermənilər hələ də mina xəritələrini təqdim etməyib – Beynəlxalq ictimaiyyət niyə susur? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 31 May 2024 10:07 (UTC +04:00)
Ermənilər hələ də mina xəritələrini təqdim etməyib – Beynəlxalq ictimaiyyət niyə susur? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə cari ilin 30-31 may tarixlərində 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir. Məlumdur ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, bu gün ən ağrılı problemlərdən biri də Azərbaycan ərazisində minaların basdırılmasıdır.

“İşğal dövründə ermənilər ərazilərimizdə ancaq minalar basdırıblar. Azərbaycan minaları öz hesabına təmizləyir. Vətən müharibəsindən sonra 360-dan artıq insanımız minaların qurbanına çevrilib. Bu, ağır faciədir. Azərbaycan indi o əraziləri addım-addım təmizləyir. Ermənilər hələ də minaların dəqiq xəritəsini vermir”, - deyə E. Həsənov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Xəbər lenti

Xəbər lenti