...

İran XİN-dən Azərbaycanla münasibətlərin inkişafına dair AÇIQLAMA

Siyasət Materials 27 İyun 2024 12:45 (UTC +04:00)
İran XİN-dən Azərbaycanla münasibətlərin inkişafına dair AÇIQLAMA
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranla Azərbaycan arasında çoxlu sayda ortaqlıqları nəzərə aldıqda, iki dost və qonşu ölkə İran və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi qonşuluq siyasətinin təşviqi və möhkəmləndirilməsi üçün qarşılıqlı tələblərdən biridir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni özünün “X” şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla konstruktiv və faydalı danışıqlar aparıb.

Baqeri Kəni Azərbaycan rəsmisi ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İranın mərhum Prezidenti İbrahim Rəisi və mərhum XİN rəsmisi Hüseyn Əmir Abdullianla görüşü və iki ölkə arasında istifadəyə verilən iki birgə obyektə diqqət çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti