...

"Snayper hazırlığı" kursu keçirilib (FOTO)

Siyasət Materials 23 İyul 2024 11:10 (UTC +04:00)
"Snayper hazırlığı" kursu keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib.

Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti